AZ

Putin Rumıniyada baş vermiş hadisənin Ukraynaya məxsus PUA ilə əlaqəli olduğunu istisna etməyib

Putin Rumıniyadakı PUA insidenti ilə bağlı vəziyyət barədə məlumatlandırıldığını bildirib.

Bu barədə TASS məlumat yayıb.

O bildirib ki, Rumıniyadakı hadisə ilə bağlı qalıqlar araşdırılana qədər heç kim PUA-nın mənşəyini dəqiq deyə bilməz.

Rusiya Prezidenti Rumıniyada baş vermiş hadisənin böyük ehtimalla Ukraynaya məxsus pilotsuz uçuş aparatı ilə əlaqəli olduğunu qeyd edib.

Putin bildirib ki, Rusiya Rumıniyaya düşən pilotsuz uçuş aparatının qalıqları ona təqdim ediləcəyi təqdirdə obyektiv araşdırma aparmağa hazırdır.

Seçilən
28
2
apa.az

8Mənbələr