AZ

Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır

Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb. Platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.

AzNews.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və OpenAI arasında imzalanan Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.

Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər, məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimindəfəaliyyət göstəricilərini təqdim etməyə imkan yaradacaq.

Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək. Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə alınmaqla aparılacaq.

Seçilən
12
22
aznews.az

10Mənbələr