AZ

Netanyahu İsrail ordusunun Litani çayını keçdiyini AÇIQLADI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun Livanın cənubunda Litani çayını keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Netanyahu sərhəd yaxınlığında hərbçilərlə görüşü zamanı bildirib ki, İsrail qüvvələri Litani çayını keçərək strateji yüksəkliklərə nəzarəti ələ keçirib.

“Qüvvələrimiz Litani çayını keçib və əsas yüksəkliklərə doğru irəlilələyir”, – o vurğulayıb.

İsrailin baş naziri əlavə edib ki, ölkə ordusu hazırda Beyrutda, Bəkaa vadisində və bütün cəbhə xətti boyunca əməliyyatlar aparır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
2
redaktor.az

3Mənbələr