Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda iş tapmaq məsələsi hər zaman aktualdır. İqtisadiyyatın rəqəmsal müstəviyə keçməsi və xidmət sahəsinin genişlənməsi işəgötürənlərin gözləntilərini də kökündən dəyişib. Artıq diplom sahibi olmaq kifayət etmir, bazarın nəbzini tutan kadr olmaq şərtdir.Hazırkı mənzərə göstərir ki, kütləvi ixtisarlar və rəqabətin artdığı dövrdə bəzi peşə sahibləri üçün imkanlar daha genişdir. Təhsil eksperti Elçin Əfəndi bildirir ki, ölkədə kadr çatışmazlığı və tələbatın yüksək olduğu sahələr artıq bəllidir. Ekspertin fikrincə, pedaqogika, səhiyyə və iqtisadiyyat istiqamətləri liderliyini qoruyur. Son dövrlər idman və kənd təsərrüfatı mütəxəssislərinə də ehtiyac kəskin artıb.Texnoloji sıçrayış isə kompüter elmləri və informasiya texnologiyaları sahəsini əvəzolunmaz edib. Rəqəmlər də bu meyli təsdiqləyir. Məsələn, bu il iqtisadi ixtisaslara sənəd verənlərin sayı 2000 nəfər, birinci qrup üzrə isə 1000 nəfər çoxalıb. Bu artım gənclərin artıq real bazar tələblərinə uyğun seçim etdiyini göstərir.İşsizlik riski ilə üzləşməmək üçün abituriyentlər gələcək karyeralarını qurarkən dövlət və özəl sektorun ən çox axtardığı kadrların siyahısına diqqət yetirməlidirlər. Müəllimlik, həkimlik və texnoloji sahələr yaxın illərdə də aktuallığını itirməyəcək.Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.