AZ

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin inzibati binasını ziyarət edib, hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub. Burada qonaqlara Litva hərbi polisinin sülh və müharibə dövründə vəzifələri, eləcə də NATO tərkibində fəaliyyətləri barədə brifinqlər təqdim olunub.

Görüşdə, həmçinin hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Şəxsi heyətin peşəkar hazırlığının artırılması və birgə fəaliyyət imkanlarının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri vurğulanıb.

Seçilən
10
50
azerbaijan-news.az

10Mənbələr