Avropada Rusiya vətəndaşlığı almaq istəyənlərin sayı davamlı artır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Təhlükəsizliyi Departamenti rəisinin birinci müavini Aleksey Yeqorov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri vətəndaşlarının Rusiyaya marağının artması xüsusi dövlət proqramlarının və prezident fərmanlarının icrası ilə bağlıdır.
Yeqorov qeyd edib ki, xarici vətəndaşların könüllü köçürülməsinə yardım barədə prezident fərmanları tam şəkildə həyata keçirilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də 2025-ci ilin oktyabrında “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bu tendensiyaya diqqət çəkib.