AZ

“Rusiya bir daha cizgini aşdı” - Fon der Lyayen



Ukraynadakı təcavüzkar müharibəsində Rusiya "bir daha cizgini aşıb".
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen bunu cümə günü, 29 may tarixində X sosial media platformasında yazıb.
Şərh Rumıniyanın şərqindəki sərhəd şəhəri Qalatsidə bir yaşayış binasının damına düşən Rusiya pilotsuz təyyarəsi ilə bağlı hadisədən sonra verilib.
"Biz 21-ci sanksiya paketi hazırlayırıq", - deyə AK prezidenti vurğulayıb. Onun sözlərinə görə, pilotsuz təyyarənin hücumu Rumıniyanın sıx məskunlaşmış ərazisində baş verib və yerli sakinlər xəsarət alıb, - deyə o davam edib.
Avrokomissiya sədri xüsusi vurğulayıb ki, hadisə AB ərazisində qeydə alınıb.

"Biz Rumıniya və onun xalqı ilə tam həmrəyliyimizi ifadə edirik. Xüsusilə şərq sərhədimizdə təhlükəsizliyimizi gücləndirməyə davam etdikcə, Rusiyaya təzyiqi daha da artıracağıq", - fon der Lyayen yekunlaşdırıb.

SAMİRƏ

Seçilən
4
44
baki-xeber.com

10Mənbələr