
Rusiyanın Konstansa şəhərindəki Baş Konsulluğu bağlanacaq, baş konsul isə “arzuolunmaz şəxs” elan edilib.
Yeniavaz.com xəbər verir ki, bunu Rumıniya Prezidenti Nikuşor Dan bildirib.
Prezident bu açıqlamanı ölkənin Ali Müdafiə Şurasının iclasından sonra verib. İclasda Qalatsi şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsi nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Nikuşor Danın sözlərinə görə, baş verən hadisə fonunda Rumıniya diplomatik cavab addımları atmağa qərar verib.