AZ

Tottenhem argentinalı müdafəçi ilə razılığa gəlib

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Tottenhem" klubu yay "transfer pəncərəsi"ndə növbəti addımını atmağa hazırlaşır. Sport24.az  insayder Fabrisio Romanoya istinadən xəbər verir ki, London klubu son olaraq "Bornmut" formasını geyinən Markos Senesi ilə tam razılıq əldə edib.

Argentinalı müdafiəçi paytaxt təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

Mənbənin sözlərinə görə, tərəflər arasında 4 illik müqavilə razılaşdırılıb. 29 yaşlı mərkəz müdafiəçisi "Tottenhem" rəhbərliyinin təklif etdiyi bütün şərtləri qəbul edib. Yaxın günlərdə futbolçunun tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Markos Senesi bu yay "Tottenhem"in heyətinə qatılan ikinci futbolçu olacaq. Xatırladaq ki, London təmsilçisi bundan əvvəl "Liverpul"un sabiq müdafiəçisi Endi Robertsonun da transferini rəsmən yekunlaşdırmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
7
sport24.az

8Mənbələr