AZ

Ermənistan Aİ yə yaxınlaşmanı AİB ölkələrinin hesabına etməməlidir Peskov

ain.az, Yeniavaz saytına istinadən bildirir.

Ermənistanın Avropa İttifaqına yaxınlaşması onun suveren hüququdur, lakin bu proses Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin maraqları hesabına həyata keçirilməməlidir.

Yeniavaz.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan Avropa istiqamətində inteqrasiyanı seçməkdə sərbəstdir, amma bu addımlar AAİB çərçivəsində mövcud öhdəliklərlə ziddiyyət yaratmamalıdır.

“Ermənistanın Avropa İttifaqına doğru irəliləməsi onun mütləq suveren hüququdur. Lakin bunu AİB ölkələrinin hesabına edə bilməz və etməməlidir. Yəni, bunu öz hesabına etməlidir”, – deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Ermənistanın Aİ-yə yaxınlaşması fonunda gələcəkdə ölkənin mövqeyi ilə AİB-in norma və qaydaları arasında ziddiyyət yaranması qaçılmaz görünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
yeniavaz.com

10Mənbələr