AZ

ABŞ dən İrana ağır zərbə

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasında 60 günlük müvəqqəti razılaşmanın əldə olunduğu ilə bağlı iddialar Tehran tərəfindən təkzib edilsə də, Vaşinqton İran ordusunun maliyyə mənbələrini hədəf alan yeni addım atıb.

“Cebheinfo.az” “Haber7.com”-a istinadən xəbər verir ki, nüvə və atəşkəs danışıqları ilə bağlı müzakirələr davam etdiyi vaxt ABŞ administrasiyası İran iqtisadiyyatına və hərbi strukturuna təsir edəcək yeni sanksiyalar elan edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, İran ordusunun yenidən silahlanmasının və bölgədə ABŞ müttəfiqlərinə qarşı təhdidlərinin qarşısını almaq məqsədilə ölkənin hərbi məqsədli neft satışları hədəfə alınıb.

Qeyd olunub ki, İran ordusu müxtəlif saxta və vasitəçi şirkətlər üzərindən xam neft sataraq gəlir əldə edir və bu vəsait silahlı qüvvələrin maliyyələşdirilməsinə yönəldilir.

Məlumata görə, İran Baş Qərargahının neft satışları ilə məşğul olan “Sepehr Energy Jahan” şirkəti ixrac əməliyyatlarını həyata keçirmək üçün əsasən gizli fəaliyyət göstərən tanker donanması və paravan şirkətlərdən istifadə edir. Bu səbəbdən bir sıra şirkətlər də yeni sanksiya siyahısına əlavə olunub.

ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İranın neft satışlarından əldə etdiyi gəlirləri məhdudlaşdırmağa davam edəcək və Tehran rəhbərliyinin bu vəsait hesabına hərbi imkanlarını genişləndirməsinə imkan verməyəcək.

Aişə

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
50
cebheinfo.az

10Mənbələr