BAKI, 29 may. TELEQRAF
“Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünü 15 xalla sonuncu sırada bitirən "Karvan-Yevlax" I Liqaya enib.