AZ

Qobustanda silahlı şəxs həbs edilib

Bu barədə Ajans.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Seçilən
0
50
Ajans.az

10Mənbələr