Türkiyədə kirayə mənzil bazarında qiymətlərin sürətlə bahalaşması fonunda maraqlı yaşayış modeli yayılmağa başlayıb.
Bizim.Media xəbər verir ki, artıq bəzi vətəndaşlar mənzil kirayələmək əvəzinə uzunmüddətli şəkildə otellərdə yaşamağa üstünlük verir.
Məlumata görə, iri şəhərlərdə 1+1 mənzillərin aylıq kirayəsi 50-60 min lirəyə qədər yüksəlib.
Depozit, rieltor komissiyası və kommunal xərclər də əlavə olunduqda ümumi xərc daha da artır.
Bu səbəbdən bəzi insanlar uzunmüddətli otel yerləşməsini daha sərfəli hesab edir. Bildirilir ki, gündəlik 4 min lirəyə təqdim olunan otaqlar daimi qalan şəxslərə təxminən 1750 lirəyə təklif edilir.
Qiymətə otağın təmizlənməsi, kommunal xidmətlər, səhər yeməyi, çay, qəhvə, bəzi hallarda isə SPA xidmətləri də daxil olur.
Bəzi otellər artıq illərlə onlarda yaşayan daimi müştərilərin yarandığını açıqlayıb. (Musavat.com)
Bizim.Media