Gəncədə evdə bədbəxt hadisə baş verib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər ağır xəsarət alıb.
Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.