2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həlli ilə diqqətdə oldu. Ondan sonra üç Dövlət Proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionların sosial-iqtisadi inkişafı sürətləndirildi, məşğulluq problemləri həll olunmağa başladı, böyük infrastruktur layihələri icra edildi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.
Regionlarda müasir çağırışları özündə ehtiva edən infrastruktir layihələrinin uğurlu icrası kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev müşavirədə kənd təsərrüfatının inkişafında digər mühüm amili-subsidiyaların verilməsini önə çəkərək bildirdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Müxtəlif güzəştlər verilir. Bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayır. Ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılıq və baramaçılıq sahələrinin inkişafı ilə bağlı dövlət başçısı qeyd etdi ki, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Məhsuldarlıq çox aşağı səviyyədə idi. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində baramaçılıq da bərpa edildi. Bununla bağlı olan ipəkçilik inkişaf etməyə başladı. Bir çox istiqamətlər üzrə nəzərdə tutulan vəzifələr icra edildi.
Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin təminatına və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Tarixi
Zəfərimizin yeni reallıqları əsasında təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini tapıb. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu çağırışı etdi ki, elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla icra edilib.
Kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı qarşıya qoyulan yeni hədəflərə yüksək səviyyədə nail olmağa stimul verəcək. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədinə xidmət edir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahə strateji prioritet elan edildi. Kənd təsərrüfatının inkişafını şərtləndirən amillər diqqətə çatdırıldı. Bir daha təsdiqləndi ki, həyata keçirilən iqtisadi siyasət ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionlarda məşğulluğun təmin edilməsinə, hazırkı mərhələdə Qarabağ və Şərqi Zəngəzurda innovativ layihələrin həyata keçirilməsinə xidmət edir.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
10Mənbələr
-
demokrat.azKənd təsərrüfatının inkişafı prioritetdir ( 29043244)
-
ikisahil.azKənd təsərrüfatının inkişafı prioritetdir ( 29042881)
-
apa.azPrezidentin müşavirədə mesajları: Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçir RƏY ( 29018980)
-
aia.azKənd təsərrüfatının inkişafı mühüm strateji prioritetlərdən biridir ( 28999069)
-
adalet.az“Kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə” ( 28997929)
-
sabahinfo.az“Kənd təsərrüfatı məhsullarının ixracının artmasına mühüm töhfə” ( 28997395)
-
baki-xeber.comVüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir ( 28990015)
-
demokrat.azVüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir ( 28987981)
-
demokrat.azVüqar Rəhimzadə: Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir ( 28987882)
-
azertag.azQeyri neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri ŞƏRH ( 28987117)