ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiya Ermənistandakı seçkilərə təsir etmək üçün Rusiyada yaşayan erməniləri Ermənistana köçürə bilər.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" Qərb kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, Moskva rusiyayönlü namizədlərə dəstək üçün dezinformasiya kampaniyaları da aparır və Ermənistan rəhbərliyini gözdən salmaq üçün bot şəbəkələrindən istifadə edir:
"Moskvanın üstünlük verdiyi namizədlər arasında biznesmen Samvel Karapetyan da var, amma o, bu planlarla hər hansı əlaqəni inkar edir. Rusiya isə bu ittihamları rədd edir".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.