AZ

Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb



Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda qeyd olunub:

"Ölkənizin Müstəqillik Günü münasibətilə Maldiv Hökuməti və xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkələrimizin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa əsaslanan davamlı ikitərəfli əlaqələrinin inkişafını minnətdarlıqla qeyd edirəm. Əminəm ki, Maldiv Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan xalqına davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
102
50
baki-xeber.com

10Mənbələr