AZ

İran iqtisadiyyatına investisiya qoyuluşu üçün fondun yaradılması müzakirə edilir

BAKI, 29 may. TELEQRAF

Vaşınqton və Rəsmi Tehran münaqişənin həlli çərçivəsində İran iqtisadiyyatını inkişaf etdirmək üçün investisiya fondu yaratmağı nəzərdən keçirirlər.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən xəbər verib.

"İran rəsmisi və bir diplomat məbləği 300 milyard dollar olaraq qiymətləndirir, lakin danışıqlarda vasitəçilik edən digər rəsmilər bu rəqəmləri təsdiqləməyiblər", - deyə nəşrin məqaləsində qeyd edilir.

O da bildirilir ki, bu fond yekun razılaşmanın imzalanması halında İrana vəd edilən yenidənqurma proqramıdır. Danışıqların əvvəlində bəzi İran rəsmiləri bombalamaların vurduğu ziyana görə 1 trilyon dollara qədər təzminat tələb etmişdilər.

İki diplomat qəzetə bildirib ki, fondun beynəlxalq standartlar çərçivəsində yaradılması təklif edilib.Yekun razılaşmalar əldə olunarsa, ABŞ fondun əməliyyatlarını dəstəkləyəcək. Fondun fəaliyyətinin təfərrüatları üzərinə hələ iş gedir. Bu təklif, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və prezidentin kürəkəni Cared Kuşnerin əvvəllər irəli sürdüyü ideyaların genişləndirilməsi kimi izah edilir.

Seçilən
44
50
teleqraf.com

10Mənbələr