AZ

Kremli qəzəbləndirən Melnik – Rusiya Zelenskiyə olan hirsini meyitdən çıxır...

Lüksemburq Böyük Hersoqluğunun Moskvadakı səfiri Tomas Reysen Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq ona sərt etiraz bildirilib. Musavat.com-un məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, reaksiya Rusiyada ekstremist təşkilat kimi tanınan Ukrayna Millətçiləri Təşkilatının (OUN) liderlərindən biri olan Andrey Melnikin və onun həyat yoldaşının qalıqlarının 19 mayda Lüksemburqda eksqumasiyasından sonra baş verib. Polkovnik Andrey Melnik və həyat yoldaşı Sofiya Ukraynada Milli Hərbi xatirə qəbiristanlığında yenidən dəfn ediliblər.

Ukraine's

Zaxarovanın sözlərinə görə, Rusiya Lüksemburq hakimiyyətinin hərəkətlərini İkinci Dünya savaşının milyonlarla qurbanının xatirəsinə hörmətsizlik və nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasında iştirak kimi qiymətləndirib. O, həmçinin, “Kiyev rejiminin neonasist təbiətinə” toxunaraq, bunun Lüksemburq da daxil olmaqla, Qərb tərəfdaşlarının maliyyələşdirilməsi ilə təmin olunduğunu vurğulayıb və “xüsusi hərbi əməliyyat” keçirmək qərarının haqlı olduğunu bildirib.

Musavat.com qeyd edir ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Kirill Budanov açıqlama yayıb. Ofis rəhbəri vurğulayıb ki, Andrey Melnikin qayıdışı Görkəmli Ukraynalılar Panteonunun yaradılmasında ilk vacib addımdır. “Biz tarixi evimizi yenidən tikir, onun təməlini dünyanın hər yerindən toplayırıq. Adları yenilməzliyimizin simvoluna çevrilənlər son mənzillərini Panteonda tapacaqlar”,_ deyə Budanov vurğulayıb.

1929-cu ildə Şərqi Qalisiyadan olan ukraynalılar tərəfindən qurulan Ukrayna Millətçiləri Təşkilatı (OUN) keçən əsrdə əvvəlcə nasist Almaniyasının, daha sonra isə “soyuq müharibə” zamanı Qərbin əlində SSRİ-yə qarşı bir təşkilat olub. OUN-un ilk sensasiyalı hərəkəti 1934-cü ildə Polşanın daxili işlər naziri Bronislav Pieraçkinin öldürülməsi olub.

Ukraine

1936-cı ildə gənc OUN üzvləri Stepan Bandera və Mikola Lebed sui-qəsdlə bağlı Polşa hakimiyyəti tərəfindən mühakimə olunanlar arasında idi. Əvvəlcə edam cəzasına məhkum ediliblər, lakin sonradan bu, ömürlük həbslə əvəz olunub. Amma 1940-cı ilə qədər OUN daxilində parçalanma baş verir. Andrey Melnikin rəhbərlik etdiyi köhnə fraksiya (OUN-M) Ukraynanın müstəqilliyinə tələsməkdənsə, almanlarla sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoyuri. Bandera fraksiyası isə Ukraynanın dərhal müstəqilliyini müdafiə edir. Mərkəzi Kəşfiyyat İdarəsinin 1951-ci il hesabatına görə, OUN-un yaradıcılarından biri olan Bandera 1930-cu illərdə "Konsul II" kod adı altında Abver (Nasist hərbi kəşfiyyatı) üçün casusluq və təxribat fəaliyyəti həyata keçirib. Bəzi iddialar isə onu deməyə əsas verir ki, Andrey Melnik də eyni dövrdə Abverin “I konsulu” olub. Melnik sovet hakimiyyətinə qarşı mübarizədə Hitlerlə əməkdaşlıq etsə də, 1944-cü ildə müstəqil Ukrayna dövlətinin yaranmasına imkan verməyən nasistlər tərəfindən həbs edilərək Zaksenhauzen həbs düşərgəsinə göndərilib. Müharibədən sonra Lüksemburqa köçüb və orada diaspor işi ilə məşğul olub.

Aydın məsələdir ki, Melnik, Bandera və digərləri millətçi ukraynalılar olub. Onlar Hitler Almaniyası ilə əməkdaşlıq ediblər. Lakin Ukraynanın müstəqilliyini hədəfləyən millətçilər olduqlarına görə bu gün Kiyev onları qəhrəman hesab edir. Ancaq bu hadisələrdən xeyli vaxt keçir və Melnikin eksqumasiya olunaraq öz vətəninə gətirilib dəfn olunmasına Kremlin belə qəzəbli reaksiyası anlaşılmazdır. Hətta buna görə Lüksemburq səfirini çağırıb danlamaq Moskvanın isterik addımlarından biridir. Lüksemburq eksqumasiyaya əngəl olmaqla nə dəyişəcəkdi?!

Bəli, faşist Almaniyası ilə əlaqələri olan Melnik qəhrəman sayılmaya bilər, amma onun niyyəti bu əməkdaşlıq sayəsində Ukraynanın müstəqilliyini əldə etmək idi. Göründüyü kimi, nasistlər onu cəzalandırıb və həbs düşərgəsinə göndərib. İndisə Melnikin qalıqlarını gətirib Kiyevdə basdırılması Zelenski hakimiyyətinin öz seçimidir, buna görə lüksemburqlu səfirə sərt cavab verilməsi adekvat deyil...

Emil Salamoğlu
Musavat.com

Seçilən
31
50
musavat.com

10Mənbələr