AZ

Ermənistanda seçki öncəsi qalmaqal

Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi gərginlik daha da artır.

Musavat.com xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “Güclü Ermənistan” partiyasının nümayəndələrinin seçicilərə rüşvət verməyə çalışdığı iddiası ilə bağlı yeni audioyazı yayımlayıb.

Komitənin yaydığı məlumata əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirak vilayətində partiya nümayəndəsinin digər şəxslərlə birlikdə bir sıra seçicilərə parlament seçkilərində “Güclü Ermənistan”a səs vermələri şərti ilə pul və ya digər formada rüşvət təklif etdiyi bildirilir.

Rəsmi açıqlamada həmin fakt üzrə cinayət işinin başlandığı, bir neçə nəfərin saxlanıldığı və prosessual hərəkətlər həyata keçirildiyi qeyd olunub.

Hakimiyyətə yaxın dairələr bunu seçki prosesinə qanunsuz müdaxilə kimi təqdim etsə də, müxalifət düşərgəsində bəzi qüvvələr hüquq-mühafizə orqanlarının seçki ərəfəsində siyasi rəqiblərə qarşı aktivləşdiyini iddia edir.

Musavat.com

Seçilən
48
23
musavat.com

10Mənbələr