AZ

ABŞ İrana 300 milyard dollarlıq investisiya fondu yaradacaq

Modern.az saytına istinadən ain.az xəbər verir.

ABŞ və İran arasında mümkün sülh razılaşmasının ən yeni və gözlənilməz elementlərindən biri Tehran üçün investisiya fondunun yaradılması təklifidir.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məlumata görə, söhbət təxminən 300 milyard dollar həcmində beynəlxalq investisiya fondundan gedir.

Bildirilir ki, İran əvvəlcə bunu müharibə nəticəsində dəymiş ziyanın kompensasiyası kimi qiymətləndirib. Tehran zərərin həcmini 300 milyard dollardan 1 trilyon dollara qədər hesab edir.

ABŞ tərəfi isə bu təşəbbüsü “kompensasiya” deyil, iqtisadi inkişafı dəstəkləyəcək beynəlxalq investisiya fondu kimi təqdim etməyə çalışır. Bununla da “təzminat” ifadəsindən yayınmağa üstünlük verilir.

Məlumata görə, ideyanın müəllifləri arasında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və keçmiş prezident Donald Trampın kürəkəni Cared Kuşner də var. Onların Tehrandakı daşınmaz əmlak layihələri və daha geniş investisiya təşəbbüslərini mümkün razılaşma üçün stimul kimi irəli sürdükləri bildirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
50
modern.az

10Mənbələr