Vinçentso İtalyano artıq “Bolonya”nın baş məşqçisi deyil.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu onunla yolları ayırıb. Bu barədə klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
İtalyano komandanı 2024-cü ilin yayından çalışdırırdı. “Bolonya” A seriyasında 2025/26 mövsümünü 56 xalla 8-ci yerdə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta