AZ

Almaniya Kansleri: Rumıniyadakı PUA insidenti NATO-nun şərq cinahının gücləndirilməsini tələb edir

BAKI, 29 may. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts NATO-nun şərq cinahını gücləndirməyə çağırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

Kanslerin sözlərinə görə, Rumıniyada PUA-nın düşməsi belə bir addımın vacibliyini növbəti dəfə sübut edir. O, alyansın öz ərazilərini qorumağa tam hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, Rumıniyanın Qalats şəhərində yaşayış binasına pilotsuz təyyarə düşüb. Rəsmi Buxarest hadisəyə görə Rusiyanı ittiham edib və bu ölkənin səfirini XİN-ə çağırıb.

Seçilən
13
42
teleqraf.com

10Mənbələr