AZ

DSX əməkdaşı jurnalist döyməklə təhdid etdi - "Maska taxıb kamera olmayan yerə salıb…’”

"Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşı Maga Rza adlı şəxs WhatsApp sosial şəkəsində qrup yaradaraq məni maska taxaraq kamera olmayan yerdə döyəcəyini anons edib".

Sitat.info xəbər verir ki, bu sözləri jurnalist Anar Məmmədov deyib.

O bildirib ki, "Maga Rza" adlı istifadəçinin qanunsuz zəbt etdiyi ərazini işıqlandırdığı üçün təhdid edilib:

"Səbəb dövlət əhəmiyyətli ərazinin onlar tərəfindən zəbt edilərək avtomobil dayanacağı kimi istifadəsini sosial şəbəkədə işıqlandıraraq qanunsuzluğun qarşısını almağımdır".

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Nigar,

Sitat.info

Seçilən
4
50
sitat.info

10Mənbələr