Bilindiyi kimi, “Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Bu vida paytaxt təmsilçisinə havayı başa gəlməyib.
21 ildən sonra Premyer Liqaya dönən klub ona və köməkçilərinə kompensasiya ödəməyi öz üzərinə götürüb. Təkcə gənc çalışdırıcının özünə 50 min manat civarında təzminat veriləcək.
Çünki müqavilə birtərəfli qaydada pozulub.
Əvvəlki anlaşmaya əsasən, komanda elitaya vəsiqə qazanacağı təqdirdə, onun kontraktı avtomatmk olaraq 1 il uzadılmalıydı.
Məqsəd gerçəkləşdi, klub rəhbərliyi isə Kərəmli ilə yola davam etmək istəmədi. Belədə “Şəfa“da başqa vəzifə tutmaq istəməyən mütəxəssis ona çatacaq pulu almaqla kifayətlənib.
34 yaşlı sükançı “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub.
Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.
SPORTİNFO.AZ