AZ

Varşavada Visla çayının üzəridəki körpü Azərbaycan bayrağının rənglərinə boyandı

BAKI, 29 may. TELEQRAF

Azərbaycanın Müstəqillik Günü münasibətilə Varşava şəhərinin simvollarından biri hesab olunan Şlonsko-Donbrovski körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Teleqraf xəbər verir ki, bu addım Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü və Varşava meriyasının dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, Şlonsko-Donbrovski körpüsü Visla çayı üzərində yerləşən və Varşavanın ən mühüm nəqliyyat yollarından biri sayılan tarixi körpülərdəndir.

Seçilən
21
16
teleqraf.com

10Mənbələr