AZ

FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.Nazirlikdən Missiya.Az-a verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi I yerə, Mingəçevir şəhər Y. Muradov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi II yerə, Yevlax rayonu, B. Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Seçilən
0
15
missiya.az

10Mənbələr