AZ

İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"

İran:

İran ABŞ və İsraillə müharibə zamanı yüz milyardlarla dollar ziyana məruz qaldığı üçün kompensasiya əsas prioritetdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Məclisinin (parlamentinin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əlaəddin Borucerdi bəyan edib.

"Ölkəmizə yüz milyardlarla dollar həcmində ziyan dəydiyini nəzərə alsaq, bu müharibəni başladan tərəf kimi ABŞ dəymiş ziyanı ödəməlidir. Bu, ilkin və ciddi tələbdir", — deyə o, IRNA agentliyinə müsahibəsində bildirib.

Deputatın sözlərinə görə, İrana zərbələr endirilməsi üçün öz ərazilərini baza kimi istifadəyə verən Yaxın Şərq ölkələri də faktiki olaraq bu ziyanın ortaqlarına çevriliblər və onlar da öz paylarını ödəməlidirlər.

Məryəm Quliyeva

Seçilən
16
50
xalqcebhesi.az

10Mənbələr