Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Barselona" 100 milyonluq rəsmi təklif etdi
"Barcelona" Xulian Alvarez üçün "Atletiko"ya rəsmi təklif göndərib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu argentinalı forvard üçün 100 milyon avro məbləğində ilk rəsmi təklif təqdim edib.
Məlumata görə, “Atletiko” bu təklifdən məmnun deyil. Buna baxmayaraq, Xulian Alvarez artıq klub rəhbərliyinə “Barselona”ya keçmək istədiyini bildirib.
Qeyd edək ki, Alvarez 2024-cü ilin yayında "Mançester Siti"dən Madrid klubuna transfer olunub. O, cari mövsümdə 49 oyunda 20 qol vurub və 9 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.