Müqavilə ilə "Neftçi"yə məxsus olan, son mövsümü icarə əsasında "Kəpəz"də keçirən yapon yarımmüdafiəçi Ryonosuke Ohorinin aqibətinin necə olacağı yerli futbolsevərləri maraqlandırmaya bilməz.
Bakı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan 25 yaşlı futbolçu "ağ-qaralar"ın ukraynalı baş məşqçisi Yuri Vernidubun gələcək planlarına daxil deyil.
O, ya satılacaq, ya da yenidən icarəyə veriləcək. Ohorinin yeni mövsümə "Kəpəz" və ya "Şamaxı"da başlamaq ehtimalı daha yüksəkdir.
Geridə qalan mövsümdə Gəncə təmsilçisinin heyətində 27 rəsmi matça çıxan Ryonosuke 4 qolla diqqət çəkib. (fanat.az)