AZ

Tedesko İtaliya klubunu çalışdıra bilər

BAKI, 29 may. TELEQRAF

“Fənərbağça”nın sabiq baş məşqçisi Domeniko Tedesko İtaliyanın “Bolonya” klubuna rəhbərlik edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

İddiaya görə, tərəflər arasında danışıqlar davam edir. 40 yaşlı almaniyalı mütəxəssislə 2028-ci ilə qədər müqavilə hazırlanıb.

Bildirilir ki, “Bolonya” daha əvvəl Daniele De Rossi və Raffaele Palladino ilə əlaqə saxlayıb, lakin hər iki mütəxəssis təklifi geri çevirib.

Qeyd edək ki, Tedesko apreldə Türkiyənin “Fənərbağça” klubundan ayrılıb.“Bolonya” 2025/2026 mövsümündə İtaliya A Seriyasını 8-ci pillədə başa vurub.

Seçilən
23
10
teleqraf.com

10Mənbələr