AZ

Evinizdə "perekis" mütləq olsun – Çox işinizə yarayacaq

Daha çox "perekis" dediyimiz hidrogen peroksid adətən bədəndəki təzə cızıqları və kiçik yaraları müalicə etmək üçün istifadə olunur. Lakin az adam bilir ki, hidrogen peroksidin tibbi istifadədən başqa faydaları da var. 

Bizim.Media xəbər verir ki, “perekis” havanı təmizləyir. Xüsusilə uzun müddət qapalı qalmış otağın rütubətli havasını bu məhlulla asan təmizləmək olar.

Beləliklə, mənzilinizdəki havanı təmizləmək üçün aşağıdakıları edin:

Bir sprey şüşəsini su ilə doldurun, az miqdarda hidrogen peroksid (hər litr suya iki xörək qaşığı) əlavə edin və suyu mənzilin havasına püskürdün.

Bundan başqa hamam divarlarından kifi təmizləmək üçün: pambıq diskini hidrogen peroksiddə isladın və plitələr və divarın kifənmiş sahələrini silin. Hidrogen peroksid bütün kif və göbələkləri öldürür.

Həmçinin mətbəx mebelinin səthi, doğrama taxtası, yemək masası perekislə silindikdə həm mikrobları öldürür, həm də həşəratların peyda olmasının qarşını alır. 

Bizim.Media

Seçilən
23
5
bizim.media

10Mənbələr