AZ

Ukraynanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə çağrılıb

BAKI, 29 may. TELEQRAF

Ukraynanın Polşadakı səfiri Vasili Bodnar Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinə “UPA qəhrəmanlarının adını daşıyan” adının verilməsi qərarı ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Macey Vievurun sözlərinə görə, Ukrayna səfirinə Zelenskinin Ukrayna Silahlı Qüvvələri bölməsinə belə birin adın verilməsi qərarından Rəsmi Varşavanın məyusluğu ifadə edilib.

Səfirin çağırılması faktını Ukraynanın Varşavadakı diplomatik nümayəndəliyi də təsdiqləyib. Səfirlikdən bildiriblər ki, “Polşa Xarici İşlər Nazirliyi Ukraynanın Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri bölmələrindən birinə belə bir fəxri adın verməsu qərarından narahatlığını dilə gətirib.

Bundan əvvəl Polşa prezidenti Karol Navroçki Zelenskinin respublikanın ən yüksək dövlət mükafatı - Ağ Qartal ordenindən məhrum edilməsini təklif etmişdi. Buna səbəb Ukrayna prezidentinin Bandera tərəfdarlarını əbədiləşdirmək qərarlarıdır.

Seçilən
13
50
teleqraf.com

10Mənbələr