AZ

Günəş enerjisi ilə işləyən müasir dəmiryol möcüzəsi FOTOREPORTAJ

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Biləcəri lokomotiv deposu Azərbaycan Dəmir Yollarının müasir inkişaf mərhələsinin mühüm nümunələrindən biridir.

Avtosfer.az PhotoStock.az-a istinadən xəbər verir ki, ən son texnologiyalar əsasında inşa olunan bu depo həm texniki imkanları, həm də ekoloji yanaşması ilə diqqət çəkir.

Burada lokomotivlərin texniki baxışı və təmiri üçün müasir şərait yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlar quraşdırılıb.

Depoda diqqət çəkən əsas məqamlardan biri də alternativ enerjidən istifadədir. Binanın üzərində quraşdırılan Günəş panelləri vasitəsilə əldə olunan enerji deponun fəaliyyətində istifadə olunur.

Bu isə enerji resurslarına qənaətlə yanaşı, ekoloji dayanıqlılığın təmin olunmasına da xidmət edir. Biləcəri lokomotiv deposu "Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun - Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi" layihəsi çərçivəsində yaradılıb.

Layihə Azərbaycanın dəmiryol infrastrukturunun yenilənməsi və 4-cü sənaye inqilabına keçid istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Burada xaricdə təlim keçmiş yüksəkixtisaslı mütəxəssislər çalışırlar. Müasir texnologiyalarla təchiz olunan depo Azərbaycanın nəqliyyat-logistika potensialının gücləndirilməsində mühüm rol oynayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
50
avtosfer.az

10Mənbələr