İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.
Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.