AZ

İran Çini mümkün qarşılıqlı anlaşmanın qarantı adlandırıb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran İslam Respublikasının Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının katibi Cəlal Dehqani Firuzabadi ISNA agentliyinə bildirib ki, hazırkı şərait İrandan Hörmüz boğazı üzərində nəzarəti bərqərar etməyi tələb edir. "Bu yeni strateji alət artıq İranın güc elementlərindən biridir", - o qeyd edib.

Firuzabadi Tehranın milli təhlükəsizlik ilə Hörmüz boğazından beynəlxalq gəmiçilik azadlığı arasında balans tapmalı olduğunu bəyan edib və əlavə edib ki, bu su yolunun hüquqi gələcəyini İran və Oman müəyyən edir.

Tehran və Vaşinqton arasında davam edən danışıqlara toxunan katib Çini "mümkün qarşılıqlı anlaşmanın qarantı" adlandırıb və ABŞ Prezidenti Donald Trampın qarşılıqlı anlaşmanı gərginliyin daha da artırılmasından üstün tutduğunu bəyan edib.

O, danışıqları çox çətin, müzakirə olunan mövzuları isə olduqca çoxşaxəli və kompleks adlandıraraq əlavə edib ki, İran danışıqlar aparan qrupa dəstək verən hüquq komandasını gücləndirməlidir.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
xalqqazeti.az

10Mənbələr