AZ

Ağdərə və Ağdamda yeni arxeoloji abidələr aşkar edilib - FOTO

“Azerbaijan International Mining Company Limited (AIMC)" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs ilə AMEA Arxeologiya və Antropologiya İnstitutu arasında bağlanmış müqavilələrə əsasən, İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsi” tərəfindən Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayon Göytəpə kəndi ərazisində arxeoloji qazıntı və monitorinq aparılıb.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, “Dəmirli” Filiz Emalı Kompleks ərazisində arxeoloqlar tərəfindən orta əsrlər dövrünə aid tikili qalıqları və saxsı nümunələri aşkar edilib: "Orta əsr tapıntıları şirli və şirsiz keramika məmulatı fraqmentlərindən ibarətdir. Şirli keramika nümunələri ümumilikdə kasa və boşqab formalı qablarla təmsil olunmaqla, XI-XV əsrlərə aid edilirlər. Arxeoloji monitorinq qrupu tərəfindən ərazidə aparılan vizual müşahidələr zamanı, kompleks yaxınlığında, 3 ədəd kurqan qeydə alınıb".

Seçilən
6
8
aznews.az

8Mənbələr