Bu gün 2-ci Liqaya vəsiqə uğrunda pley-off oyunu keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, həlledici matçda “Biləsuvar” “Ağstafa Gəncləri” ilə qarşılaşacaq.
Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, ötən mövsüm “Ağstafa Gəncləri” 2-ci Liqanı 11-ci pillədə başa vurub. “Biləsuvar” isə Region Liqasında üçüncü olub.
29 may
2–ci Liqa uğrunda pley-off oyunu
16:00. “Biləsuvar” – “Ağstafa Gəncləri”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev
Yevlax şəhər stadionu