Musavat.com xəbər verir ki, yüksək rütbəli rəsmi mövcud geosiyasi şəraitin İrandan Hörmüz boğazı üzərində tam nəzarəti bərqərar etməyi tələb etdiyini xüsusi vurğulayıb.
Firuzabadi bu addımın artıq İranın hərbi və strateji qüdrətinin əsas elementlərindən birinə çevrildiyini qeyd edərək, Tehranın milli təhlükəsizlik ilə beynəlxalq gəmiçilik azadlığı arasında həssas bir balans tapmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu mühüm su yolunun hüquqi gələcəyini yalnız iki dövlət - İran və Oman müəyyən edə bilər. Digər tərəfdən, Tehran və Vaşinqton arasında pərdəarxası davam edən gizli danışıqlara toxunan şura katibi, Çini ABŞ-la əldə oluna biləcək "mümkün qarşılıqlı anlaşmanın qarantı" adlandırıb.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın gərginliyi daha da artırmaqdansa, qarşılıqlı kompromis və anlaşmaya üstünlük verdiyini iddia edib.
Hazırda aparılan müzakirələrin hədsiz dərəcədə mürəkkəb, çoxtərəfli və çoxşaxəli olduğunu etiraf edən Firuzabadi, diplomatik cəbhədə mövqelərini qorumaq üçün İranın danışıqlar aparan nümayəndə heyətinə dəstək verən hüquqşünaslar komandasını daha da gücləndirməli olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31