AZ

Rusiya Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

ain.az bildirir, Ayna portalına istinadən.

Məhsullar Rusiyanın və Avrasiya İqtisadi Birliyinin fitosanitar tələblərinə cavab vermir

Ermənistanın kənd təsərrüfatı məhsulları son zamanlar Rusiya və Avrasiya İqtisadi Birliyinin (AİB) əsas bazarı olmasına baxmayaraq, Rusiyanın və AİB-in fitosanitar tələblərinə cavab vermir. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Rosselxoznadzor”un Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 2019-cu ildə hökumətin struktur islahatı nəticəsində Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin ləğvindən sonra onun kənd təsərrüfatı sektorundakı dövlət siyasəti üzərində səlahiyyətləri ölkənin İqtisadiyyat Nazirliyinə verilib. “Rosselxoznadzor” hesab edir ki, İqtisadiyyat Nazirliyi ona həvalə olunmuş funksiyaları yerinə yetirmir.

Rusiya 22 may 2026-cı il tarixindən etibarən Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. “Rosselxoznadzor”dan bildirilib ki, respublikanın qida təhlükəsizliyi yoxlama orqanı zəmanətlər verməsinə baxmayaraq, AİB üçün karantinə alınan məhsulların müəyyənləşdirilməsi davam edir.

Dünən “Rosselxoznadzor” Rusiyanın 30 maydan etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdıracağını açıqlayıb. Müvəqqəti idxal məhdudiyyətləri Ermənistan mənşəli və bu ölkədən göndərilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərə şamil ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
12
ayna.az

10Mənbələr