AZ

Modriç yenidən “Real Madrid”ə qayıda bilər

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyanın “Milan” futbol komandasının yarımmüdafiəçisi Luka Modriçin gələcəyi yenidən İspaniyanın “Real Madrid” klubu ilə əlaqələndirilir.

İdman.Biz xəbər verir ki, “kral klubu” xorvatiyalı futbolçunu karyerasını başa vurduqdan sonra yenidən Madridə qaytarmağa hazırlaşır.

Məlumata görə, “Real Madrid” rəhbərliyi 40 yaşlı oyunçu üçün klub strukturunda inzibati və ya idari vəzifə nəzərdə tutur. Modriçin 2026-cı il Dünya Çempionatından sonra futbolçu karyerasını bitirməsi ehtimal olunur.

“Diario AS” yazır ki, Florentino Peres ötən mövsüm Modriçlə vida mərasimində ona “Real Madrid”in qapılarının hər zaman açıq qalacağını bildirib. Klub rəhbərliyi onun idman direktoru, məsləhətçi və ya rəhbər struktura yaxın başqa bir rolda fəaliyyət göstərə biləcəyini düşünür.

Modriç 2012-ci ildən 2025-ci ilə qədər “Real Madrid”də çıxış edib. O, Madrid təmsilçisinin heyətində 590 oyuna çıxıb, 43 qol vurub və 28 titul qazanıb. Bunların arasında altı Çempionlar Liqası kuboku da var.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
8
icma.az

9Mənbələr