AZ

Fənərbaxça iki tanınmış hücumçu ilə anlaşmağa yaxındı

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Geridə qoyduğumuz mövsümün ikinci dövrəsində mərkəz hücumçusu qıtlığından əziyyət çəkən və bu yay ilk növbədə hücum xəttini gücləndirməyi planlaşdıran ''Fənərbaxça'' ilə bağlı maraqlı transfer xəbərləri gəlməkdədi. İddialara inansaq, İstanbul nəhəngi birdən-birə iki adlı-sanlı hücumçu ilə anlaşmağa yaxındı. Söhbət Seru Girassi və Vedat Muriqidən gedir. Sərcan Həmzəoğlunun məlumatına görə İstanbul nəhəngi Dortmund ''Borussiya''sı ilə yollarını ayırmağa hazırlaşan Girassi ilə ilkin razılığa gəlib. Dortmund təmsilçisi əsas qol silahını 35 milyon avroya buraxmağa razıdı. ''Fənər''in buna yaxın məbləğ - təxminən 30 milyon avro ödəməyə razı olduğu bildirilir. Tərəflər anlaşmağa çox yaxındı. Təcrübəli qvineyalı forvard son 3 mövsümdə bundesliqada 66 qol vurub. Geridə qoyduğumuz mövsümdə isə o, 46 rəsmi oyunda aktivinə 22 qol, 7 məhsuldar ötürmə yazıb. Muriqi isə ''Fənər''ə dönməyə ikiəlli razıdı. O hətta ''Qalatasaray''ın təklifini də buna görə geri çevirib. Bu, Türkiyə mənbələrinin, daha doğrusu, Yağız Sabuncuoğlunun iddiasıdı. Amma klublar arasında hələ ki, anlaşma əldə olunmayıb. Çünki ''Malyorka'' təcrübəli kosovolu forvarda görə 18 milyon avro tələb edir. Muriqi özü ''Malyorka'' rəhbərliyinə ağız açaraq bu məbləğin aşağı endirilməsini xaiş edib. 32 yaşlı futbolçu daha öncə 6 il Türkiyədə çıxış edib və bu ölkəni gözəl tanıyır. O, 2019/20-ni məhz elə ''Fənər''də keçirib. Muriqi geridə qoyduğumuz mövsümdə 37 rəsmi oyuna çıxaraq aktivinə 23 qol, 1 məhsuldar ötürmə yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
17
icma.az

10Mənbələr