AZ

“Sabah”ın lideri bu klubun təklifindən son anda imtina etməli olub ailəsinə görə

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah”ın hücumçusu, Misli Premyer Liqasında başa çatan mövsüm bombardir adını qazanmış Coy Lens Mikels karyerasını Türkiyədə davam etdirməyə yaxın olub.

Sportal.az xəbər verir ki, ruandalı futbolçu iddia edildiyi kimi “Bursaspor”a deyil, başqa kluba keçməyə razılıq verib.

Türkiyə 1-ci liqasına yeni vəsiqə qazanmış “Mardin 1969” Mikelsin razılığını alıb. Lakin onun ailəsi uzun müddətdir Bakıda yaşadığından və ölkəmizi tərk etmək istəmədiyindən futbolçu “Sabah”da qalmağa qərar verib.

Əlavə edək ki, Azərbaycan çempionu onunla 2 illik yeni müqavilə imzalayıb.

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
50
sportal.az

10Mənbələr