Kulis.az saytına istinadən ain.az xəbər verir.
2005-ci ildə cəmi 33 yaşında ikən vəfat edən məşhur türk musiqiçi Kazım Koyuncunun həyatı ekranlaşdırılır.
Kulis.az xəbər verir ki, sənətçinin həyatından bəhs edəcək yeni bioqrafik filmin hazırlıqlarına artıq başlanılıb.
"Kazım" adlanacaq ekran işində sənətçini Cem Yiğit Üzümoğlu canlandıracaq. Aktyorun Koyuncuya tam bənzəməsini üçün xüsusi makiyaj texnikasından istifadə olunacaq.
Bununla yanaşı, aktyor bir müddətdir ki, rola daha yaxşı hazırlaşmaq üçün Uğur Baburhandan vokal dərsləri alır.
Böyük maraqla gözlənilən layihənin rejissoru Özcan Alper olacaq. Filmin ssenarisini isə Murat Uyurkulak, Erman Bostan və Özcan Alper birlikdə qələmə alıblar.
Məlumata görə, filmin çəkilişlərinə elə bu yay start verilməsi planlaşdırılır.
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı
Pikassonun nifrət və sevgi qazanan əsəri: "Avinyon qızları"nın sirri nədədir?
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.