AZ

Ötən il dövlət xəstəxanalarında ən çox müraciət olunan sahələr açıqlanıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Ötən il dövlət xəstəxanalarında ən çox müraciət olunan sahələr məlum olub.

Trend xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Məlumata görə, 2025-ci ildə TƏBİB tabeli xəstəxanalarda ən çox maliyyə xərci qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin müalicəsinə yönəlib.

Özəl tibb müəssisələrinə edilən göndərişlərdə isə daha çox ürək-damar, göz və sümük-əzələ sistemi xəstəlikləri üstünlük təşkil edib.

İl ərzində dövlət xəstəxanalarında ən çox icra olunan tibbi xidmətlər ginekoloji əməliyyatlar və təbii doğuş olub. Vətəndaşların ən çox müraciət etdiyi xidmətlər arasında katarakta əməliyyatları üçüncü yeri tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
50
azpolitika.info

10Mənbələr