Ukraynada qadınların səfərbərliyi məsələsi yenidən gündəmə gəlib.
Moderator.az xəbər verir ki, “ölkənin baş cadugəri” kimi tanınan Mariya Tixaya 2026-cı ildə qadınların səfərbər olunacağı ilə bağlı gözlənilməz proqnoz verib.
Hazırkı Ukrayna qanunvericiliyinə əsasən qadınlar məcburi şəkildə səfərbər edilə bilməz və Silahlı Qüvvələrdə xidmət edən qadınlar könüllü müqavilə əsasında orduya qoşulurlar. Lakin son vaxtlar qadınların hərbi qeydiyyata alınması ilə bağlı yaranan qarışıqlıq və hərbi vəziyyətin davamlı uzadılması cəmiyyətdə narahatlıq yaradıb.
Sosial şəbəkələrdə bir çox qadın gələcəkdə onların da səfərbər edilə biləcəyi ilə bağlı narahatlıqlarını bölüşür.
Mariya Tixaya UNIAN-a açıqlamasında bildirib ki, 2026-cı ildə Ukraynada qadınların səfərbər olunub-olunmayacağını öyrənmək üçün Tarot kartları ilə xüsusi düzüm edib.
Onun sözlərinə görə, kartlarda əsasən “qılınc” və “əsalar” simvolları üstünlük təşkil edib ki, bu da münaqişələr, sərt qərarlar, dövlət nəzarətinin güclənməsi, təzyiq və ümumi gərgin atmosfer mənasına gəlir. Cadugər qeyd edib ki, bu işarələr cəmiyyətdə narahatlığın artmasına, yeni qaydaların və məhdudiyyətlərin tətbiqinə işarə edə bilər.
Bununla belə, Tarot kartları bütün qadınları əhatə edən kütləvi və sərt məcburi səfərbərlik ssenarisini göstərməyib.
“Bütün qadınlar üçün birdən-birə tətbiq ediləcək məcburi səfərbərlik görünmür. Qadınlara nəzarətin və qeydiyyatın gücləndirilməsi mümkündür. Lakin kartlar hamının məcburi şəkildə orduya aparılacağını göstərmir”, – deyə Tixaya bildirib.
O əlavə edib ki, qadınların səfərbərliyi mövzusu ətrafında informasiya səs-küyü daha da güclənəcək. Eyni zamanda dövlətin bu məsələyə diqqətinin artacağı, nəzarət və qeydiyyat mexanizmlərinin tədricən sərtləşdirilə biləcəyi ehtimal olunur.
Tarot kartlarının nəticələrinə əsasən, Mariya Tixaya hesab edir ki, 2026-cı ildə Ukraynada qadınların kütləvi səfərbərliyi planlaşdırılmır. Bununla yanaşı, ölkədə ümumi vəziyyətin və bu mövzu ətrafındakı gərginliyin davam edəcəyi vurğulanır. /Musavat.com/
