AZ

Qurban Qurbanov Addainin əl qolunu bağlamasaydı...

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Qarabağ”dan ayrılan Emmanuel Addainin A seriyasının təmsilçisi “Balonya” ilə anlaşdığı deyilir. Bu barədə İtaliya mediasında da xəbər yayılıb.Açığı, biz bu futbolçunu bəyənmirdik, adını da “başsız atlı” qoymuşduq. Texnikası var, ağlı yoxdu. Amma görünür ki, yanılmışıq. Ağlı olmayan biri A seriasında necə oynayacaq? Deməli, potensialını göstərə bilmirdi, daha doğrusu, Qurban Qurbanov “əl-qolunu bağlayırdı”. Hiss olunurdu ki, Addai sərbəst olmağa meyillidi. Amma “Qarabağ”da hər futbolçu sərbəst olub, istədiyini edə bilməz.Addai çempionatımızdan A seriyasına keçən ilk futbolçu olacaq. Onu hər birimiz “Kopenhagen”ə vurduğu qolla xatırlayacağıq.MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
29
icma.az

10Mənbələr