AZ

“Leyli” obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb.

Məhərrəmova qeyd edib ki, yaradıcılığının ən böyük zirvəsi həm pedaqoji fəaliyyəti, həm də opera səhnəsində çıxış etməsidir:

"Opera səhnəsi ilə nəfəs alıram".

Xanəndə məşhur "Leyli" obrazını canlandırmaq üçün həyatında bir çox şeydən imtina etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bu rol uğrunda artıq çəkilərindən, qazancından, tədbirlərdən və toy məclislərindən keçib.

Sənətçi operaya olan bağlılığını xüsusi vurğulayaraq əlavə edib:

"Heç vaxt opera sənətini qoyub qazanc dalınca gedə bilmərəm".

Aytən Məhərrəmovanın bu sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən sənətə bağlılığın nümunəsi kimi dəyərləndirilib.

Musa

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
3
news.milli.az

10Mənbələr