ain.az bildirir, Sherg.az portalına istinadən.
Kubada ağcaqanadlar vasitəsilə yayılan xəstəliklər nəticəsində 33 nəfər həyatını itirib.
Sherg.az xəbər verir ki, ölkənin səhiyyə nazirinin müavini Carilda Peña bildirib ki, ölümlərin 12-si dang, 21-i isə çikungunya xəstəliyinin payına düşür. Qurbanların ən azı 21-nin 18 yaşdan kiçik olduğu qeyd olunub.
Hesabatlara görə, Dang xəstəliyi və Çikungunya Aedes növü ağcaqanadlar vasitəsilə yayılır və bəzi hallarda ağır fəsadlara səbəb olur.
Rəsmilər həmçinin minlərlə yeni yoluxma halının qeydə alındığını, lakin bir çox insanın xəstəxanaya müraciət etmədiyi üçün real rəqəmin daha yüksək ola biləcəyini bildiriblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.